- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0
Qadın həndbolçular arasında millimizin üzvü Katerina Peçenin formasını geyindiyi «Dinamo-Sinara» Avropa Çempionlar Liqasının əsas qrup mərhələsində ilk oyuna çıxıb.
Allsport.az saytı xəbər verir ki, Volqaqrad təmsilçisinin evdə Çernoqoriyanın «Buduçnost» klubunu qəbul edib.
İlk hissədə ev sahibələri rəqibə ciddi müqavimət göstərsə də, ikinci yarıda davamlı təzyiqə tab gətirməyiblər. Nəticədə, balkanlar Rusiyadan qələbə ilə dönüblər – 25:18 (12:11).
«Dinamo-Sinara» evdə növbəti matçına fevralın 15-də Makedoniya «Vardar»ına qarşı keçirəcək.