- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0
Dünən millimizin həndbolçusu Valentina Salamahanın şərəfini qoruduğu «Bayer-04» klubu Bundesliqada növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, liverkuzenlilər 19-cu turda səfərdə «Buksexude» komandası ilə görüşüb.
Liderlə matç gərgin mübarizə şəraitində keçib. İlk hissədə tərəflər hərəyə 15 dəfə fərqləniblər. Növbəti yarı da başa-baş oyun gedib. Sonda 1 top irəli keçən meydan sahibələri, bu üstünlüyü sonadək qoruya biliblər – 28:27.
Bu görüşdə də qapısımız ehtiyatda oturub. «Farmasevtlər» yarış cədvəlində 23 xalla 7-ci yerdə qərarlaşıb. «Bayer» klubu növbəti matçını aprelin 4-də evdə «Göppingem»ə qarşı keçirəcək. Rəqib hazırda 10 xalla Bundesliqada 11-ci sıradadır.