- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

Millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» klubu qadın həndbolçuların Bundesliqasında növbəti görüşə çıxıb. Allsport.az saytı xəbər verir ki, çempionatın öncülü 18-ci turda səfərdə «Oldenburq»un qonağı olub.
Əvvəldən sonadək üstün oyun nümayiş etdirən həndbolçumuzun komandası 8 top fərqi ilə qalib gəlib – 30:22 (17:11). Bu matçda da qapısımız meydanda olub.
«Bietiqheym» yarış cədvəlində maksimum nəticə, 36 xalla 1-ci sırada yerini qoruyur. Lider növbəti görüşünü martın 30-da evdə «Nellingen»ə qarşı keçirəcək.