- Baxış sayı: 34
- 23 Aprel 2025 12:45
- Baxış sayı: 57
- Aprel 23, 2025
- 0
Qadın həndbolçular arasında millimizin üzvü Katerina Peçenin formasını geyindiyi «Dinamo-Sinara» Avropa Çempionlar Liqasının əsas qrup mərhələsində 3-cü oyunu keçirib.
Allsport.az saytı xəbər verir ki, Volqaqrad təmsilçisinin evdə Makedoniya «Vardar»ını qəbul edib. Üstün oyun nümayiş etdirən «ağ-göylər» rəqibini 8 top fərqi ilə məyus edib – 33:25 (15:12).
Bu görüşdə hədbolçumuz qol vurmayıb. Hazırda Volqaqrad klubunun 10 xalı var və yer aldığı 1-ci qrupda 2-ci pillədə qərarlaşıb. «Dinamo-Sinara» növbəti matçını martın 1-də Çernoqoriyada lider «Buduçnost» qarşı keçirəcək.