- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 41
- Noyabr 21, 2024
- 0
Bu gün qadın həndbolçular arasında millimizin üzvü Katerina Peçenin formasını geyindiyi «Dinamo-Sinara» Rusiya Super Liqasının final mərhələsində «Astraxanoçka» ilə 2-ci oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, 1-8-ci yerlər uğrunda keçirilən ilk görüşdə evdə rəqibinə 24:23 qalib gələn Volqaqrad təmsilçisi, səfərdə qələbənin ardını gətirə bilməyib.
Qarşılaşmanın əsas vaxtı heç-heçə bitib – 26:26 (14:15). Hakimin 4 dəfə əlavə etdiyi vaxtda da qalib müəyyənləşməyib – 37:37. Belədə, qalibi 7-metrlik cərimə zərbələrindən sonra müəyyənləşdirmək mümkün olub. Penaltilərdə meydan sahibələri daha dəqiq olublar (5:4) və ümumi hesab 41:40 «Astraxanoçka»nın xeyrinə bitib.
Bu kollektivlər arasında 3-cü görüş keçiriləcək.