- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 166
- Mart 26, 2026
- 0

Bu gün millimizin qapıçısı Valentina Salamahanın şərəfini qoruduğu «Bietiqheym» klubu qadın həndbolçuların EHF kubokunun «C» qrupunda ilk oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, almanlar evdə Norveç «Byasen»i ilə görüşüb.
Bundesliqanın lideri rəqibini 6 top fərqi ilə üstələyib 39:33 (19:18). Bu görüşdə Valentina Salamaha ehtiyatda qalıb. Bu qrupun digər matçında «Rostov-Don» (Rusiya) Macarıstanın «Erd» komandasına qalib gəlib – 27:24.