- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 48
- Noyabr 21, 2024
- 0
Millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» klubu qadın həndbolçuların EHF kubokunun «C» qrupunda növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, almanlar evdə Macarıstanın «Erd» klubunu qəbul edib.
Bundesliqanın şəksiz öncülü rəqibini 28:25 hesabı ilə üstələyib (18:11). Bu görüşdə Valentina Salamaha ehtiyatda qalıb. Bu qrupun digər matçında Rusiyaının «Rostov» komandasını Norveç «Byasen»i məğlub edib – 35:21 (20:8).
Hazırda «Bietiqheym»in 6 xalı var və yarış cədvəlində 2-ci (+3-3) yerədir.