- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0
Bu gün qadın həndbolçular arasında millimizin üzvü Katerina Peçenin formasını geyindiyi «Dinamo-Sinara» Rusiya Super Liqasının final mərhələsində ilk oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, 1-8-ci yerlər uğrunda görüşdə Volqaqrad təmsilçisi doğma divarlar arasında «Astraxanoçka» klubu ilə görüşüb.
Gərgin keçən qarşılaşmada «ağ-göylər» 1-ci hissəni 4 top üstünlüyü ilə qapasa da, fasilədən sonra qonaqlar bir qədər fəallaşıblar. Buna baxmayraq, «Dinamo-Sinara» təşəbbüsü sonadək qoruyaraq, qalib gələ bilib – 24:23. Cavab matçı martın 30-da Volqaqradda təşkil olunacaq.