- Baxış sayı: 54
- 06 Fevral 2026 18:32
- Baxış sayı: 145
- Fevral 08, 2026
- 0

Millimizin qapıçısı Valentina Salamahanın şərəfini qoruduğu «Bietiqheym» klubu qadın həndbolçuların Bundesliqada növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, lider 8-ci turda səfərdə «Leyspiq» komandası ilə görüşüb.
Yarışın ortababaı ilə matç gərgin keçib. İlk hissədə 15:8 üstün olan Valentina Salamahanın komandası, növbəti yarıda da təşəbbüsü əldən verməyərək 32:24 hesabı ilə qalib gəlib.
Bu görüşdə qapısımız meydanda olub. «Bietiqheym» yarış cədvəlində maksimum nəticə, 16 xalla 1-ci yerdə qərarlaşıb. Lider növbəti görüşünü dekabrın 12-də səfərdə «Blomberq»ə qarşı keçirəcək.