Həndbolçumuzunun «Ankara Bələdiyyəsi»nin qələbəsində 6 qol payı

Milli komandamızın mərkəz həndbolçusu Marina Tankatskayanın Türkiyə Superliqasında çıxış etdiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» dünən evdə «Zağnosspor» klubunu qəbul edib.

Allsport.az saytı xəbər verir ki, üstün oynayan paytaxtlılar rəqibinə orta hesabla qalib gəliblər 32:24 (13:11). Bu matçda həmyerlimiz əsas heyətdə meydançada olub və komandasında ən çox – 6 xal toplayan 4 əl topu ustasından biri olub.

11 turdan sonra 21 xalı olan «göylər» yeganə naməğlub komanda kimi yarış cədvəlində liderliyini davam etdirir. Ankara təmsilçisi nöbvbəti matçını aynı 31-də səfərdə «İzmir Böyükşəhər Bələdiyyəsi»nə qarşı keçirəcək.

Həmin kateqoriyadan