- Baxış sayı: 42
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 36
- Dekabr 05, 2025
- 0
Qadın həndbolçuların Çempionlar Liqasında milli komandamızın üzvü Yekaterina Peçenin formasını geyindiyi Rusiyanın «Dinamo-Minara» klubu növbəti mərhələyə qələbə ilə adlayıb. «Allsport.az» xəbər verir ki, Volqoqrad təmsilçisi son turda doğma divarlar arasında Avstriyanın «Hipo Niderösterrayx» klubunu qəbul edib.
İlk hissədə 13:9, matçın yekunuda isə 27:22 hesabı ilə qalib gələn Viktor Ryabıxın kollektivi 9 xalla «A» qrupunun qalibi olub. İkinci yeri Alaniyanın «HK Laypsiq» komandası tutub. Reqlamentə görə dinamoçular mübarizəni əsas mərhələdə davam etdirəcəklər.
