- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Otüstü hokkey üzrə milli komandalarımız paytaxtda gələn mövsümün hazırlığınıdı davam etdirirlər. AzHF-in mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev allsport.az saytına bildirib ki, Beynəlxalq Hokkey Federasiyası mötəbər yarışların keçirilməsi sistemində dəyişiklik edib. Bu üzdən Rio Olimpiadası və 2 ildən bir iəşkil olunan dünya çempionatlarında iştirak etmək qaydaları yenilənib. Əksər idman növlərində olduğu kimi, otüstü hokkeydə də qeyd edilən məsul yarışlara seçim Dünya Hokkey Liqası vasitəsi ilə həyata keçirilir. Odur ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının mötəbər yarışlara qoşulması məhz qeyd olunan turnir vasitəsi ilə reallaşa biləcək.
Planetin reytinq cədvəlində 33-cü yeri tutan kişi otüstü hokkeyçilərimiz, bu ilin sentyabrında Oman paytaxtı Muskatda bu turnirin ilk mərhələsində iştirak edib. Oman, İran və Tailland hokkeyçiləri ilə gərgin mübarizədə millimiz 1-ci yeri tutub. Reqlamentə əsasən, həmin turnirin qalibi adını qazanan Azərbaycanın seçməsi 2015-ci il martın 7-dən 15-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində 8 komandanın iştirakı ilə Dünya Hokkey Liqası turnirinin 2-ci raundunda mübarizə aparmaq hüququna sahib olub. Həmin mərhələdə yığmamız Belarus, Çin, Çex Respublikası, Misir, Fransa, CAR və İsveçrə hokkeyçiləri ilə birgə 2 yarımqrupda yarışacaq.
Qadınlardan ibarət milli komandamız isə yüksək reytinqə malik olduğuna görə yarışının 2-ci mərhələsindən rəqabətə qoşulacaq. Millimiz fevralın 14-dən 22-dək Uruqvayın Montevideo şəhərində Trinidad Tobaqo, Fransa, Keniya, İtaliya, Meksika, Uruqvay və Dominikan Respublikasının komandaları ilə 2 yarımqrupda mübarizə aparacaq. Artıq hər 2 seçmə kollektiv Gənclər və İdman nazirliyi və federasiya rəhbərliyinin birgə səyi ilə qarşıdakı məsul yarışa ciddi hazırlaşırlar.