“Hər iki tərəfin qalib gələ biləcəyi oyun olacaq”

La liqanın prezidenti Xavyer Tebas növbəti “el klasiko” haqda təxminlərini deyib.

Allsport.az xəbər verir ki, Tebas tərəflərin bərabər olduğunu deyib:

“Mövcud vəziyyətə nəzər salsaq, “Barsa” çox yaxşı durumdadır. Hər kəs “Real”da stabilliyin olmadığını desə də, onlar qalib gəlməyi bacarırlar. Beləliklə, bu, hər iki tərəfin qalib gələ biləcəyi oyun olacaq.”

Ötən mövsüm “Real” “Barselona”nı çempionatda iki dəfə (2:1, 3:2), İspaniya superkubokunda isə bir dəfə (4:1) məğlub edib. Tərəflərin növbəti oyunu 26 oktyabrda keçiriləcək.

Həmin kateqoriyadan