- Baxış sayı: 33
- 12 Dekabr 2025 17:58
- Baxış sayı: 90
- Dekabr 12, 2025
- 0

“Real Madrid”in hücumçusu Kilyan Mbappe və “Barselona”nın cinah oyunçusu Lamin Yamal “Transfermarkt” portalının versiyasına görə la liqanın ən bahalı futbolçuları seçiliblər.
Allsport.az xəbər verir ki, nüfuzlu internet portalı həm fransalı, həm də ispaniyalı futbolçunun bazar dəyərini 200 milyon avro qiymətləndirir.
Mbappe və Yamal ən yaxın izləyiciləri olan Cud Bellingemi 40 milyon avro üstələyərək İspaniya çempionatının ən bahalı futbolçularının reytinqinə başçılıq edirlər. İngiltərəli oyunçunun dəyəri 160 milyon avrodur.