- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Azərbaycan Basketbol Federasiyasına yeni vitse-prezident təyin olunub. Allsport.az saytı xəbər verir ki, bu qərar ABF-in idarə heyətinin növbədənkənar iclasında qəbul edilib. Toplantıda gələn il Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarına hazırlıq və 16 yaşadək idmançıların yetişdirilməsinə diqqətin artırılması məqsədi ilə Milli Olimpiya Komitəsinin əməkdaşı Həsənağa Rzayeva federasiyanın vitse-prezidenti vəzifəsi etimad olunub.
Həsənağa Rzayev 1977-ci il avqustun 5-də Bakıda anadan olub. Hələ məktəbli ikən sərbəst güləşlə məşğul olaraq, dəfələrlə paytaxt və respublika çempionu adını qazanıb. 1993-1998-ci illərdə sərbəst güləş üzrə Azərbaycanın yığma komandasının heyətində beynəlxalq turnirlərdə və Avropa çempionatında ölkəmizi təmsil edib.
O, 1999-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsini bitirib. 2009-cu ilin oktyabrından Milli Olimpiya Komitəsində icra aparatı rəhbərinin köməkçisi vəzifəsində çalışır. Ailəlidir, üç övladı var.