- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında mübarizəyə başlayıb.
Allsport.az xəbər verir ki, 67 kq-da çıxış edən Həsrət Cəfərov debütdə meksikalı Dieqo Martinesi məğlub edib. 1/8 finalda rumıniyalı Vasile Dosoftei, növbəti mərhələdə isə qazaxıstanlı Sultan Assetuliyə qalib gələn idmançı yarımfinala yüksəlib.
72 kq-dakı Ülvi Qənizadə isə startda Qırğızıstan güləşçisi Ligilik Satimkul üzərində inamlı qələbə qazanıb. 1/8 finalda Hindistan təmsilçisi Vikaş Vikaşla gərgin qarşılaşmadan da qalib ayrılan idmançını 1/4 finalda macarıstanlı Atilla Toesmaqi ilə görüş gözləyir.
55 kq-da mübarizə aparan Nihad Quluzadə isə təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə özbəkistanlı İxtiyar Botirovu, ardınca isə ukraynalı Taras Krupskini mübarizədən kənarlaşdıran güləşçi bürünc medal uğrunda ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gələcək.