Hacı Əliyev: Rəqiblərimə indidən öz gücümü göstərmək istəyirdim ki, görüb çəkinsinlər

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatına sərbəst güləş millimiz uğurla başladı. Yarışın 2-ci günündə bahadırlarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı. Yüksək əyarlı mükafata yiyələnənlərdən biri Hacı Əliyev (65 kq) idi. 3 dəfə dünyada, 2 dəfə qitədə qalib olan 27 yaşlı idmançı yenə zirvədə oldu. Allsport.az saytına açıqlamasında, o, uğurunu belə bölüşdü:

“3-qat Avropa çempionu olduğum üçün sevincliyəm. Mövsümün əvvəlində bu qızıl medal gözəl start idi. Çəkim olimpiya çəkisidir. Rəqiblərimə indidən öz gücümü göstərmək istəyirdim ki, görüb çəkinsinlər. Ən əsası, bu qələbəmi Aprel döyüşçülərinə və onların valideynlərinə həsr edirəm. Qoy mənim də bu işdə Vətən, şəhidlər, qəhrəmanlarımız üşün xidmətim olsun”.

Kamran HACI, BUXAREST

Həmin kateqoriyadan