- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Sərbəst güləş üzrə 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev növbəti dəfə uğursuzluqla üzləşib. Allsport.az xəbər verir ki, 65 kq-da çıxış edən 28 yaşlı olimpiya mükafatçısı Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirə turnirdə medal qazana bilməyib.
O, ilk görüşdə rusiyalı Nikolay İvanova 10:0 hesabı ilə qalib gəlsə də, ardınca yerli Daşa Şarastepanova uduzub – 5:7. Rəqib də 1/4 finalda məğlub olduğu üçün həmyerlimiz çıxışını başa vurub.
Yarışda Azərbaycanı yığmanın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Pərviz İbrahimov (57 kq), Hacımurad Hacıyev (74 kq), Əbubəkr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) də iştirak edir.
Qeyd edək ki, titullu bahadır ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında da medal qazana bilməyib.