- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Qazaxıstan paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatından xaric olunan Hacı Əliyev (65 kq) barədə yekun qərar verilib. Allsport.az saytı xəbər verir ki, AGF-in etirazından sonra onunla bağlı diskvalifikasiya qərarı ləğv olunub. 3-qat dünya və 3-qat Avropa çempionu haqsızlıq nəticəsində yenildiyi Hacımurad Rəşidov finala qədər irəlilədiyindən, idmançımız təsəlliverici görüşlərə qatıla biləcək.
Referilərin də məsələsinə baxıla bilər. Ola bilsin, yanlış qərar verənlər 1-günlük yarışlardan kənarlaşdırılsın. İstənilən halda, bu dünya çempionatı tək bahadırlar üçün deyil, hakimlər üşün də seçim anıdır. 64 ədalət təmsilçisindən 50-i Tokio-2020-yə yollanmaq fürsəti qazanacaqlar.
Qeyd edək ki, görüşün son saniyələrində Hacı rusiyalı rəqibini qaldıraraq döşəkdən kənara atır. Xalça hakimi 2 xal qeydə alsa da, qarşı tərəfin “cellenc”i (etiraz) nəticəsində video-müşahidədən sonra, fənd hesaba alınmır. Belədə, Əliyev referiyə tərəf gəlməkdən imtina etdi, üstəlik, plastik “cellenc” vərəqələrini döşək rəhbərinə tulladı. Öncədən sarı kart alan idmançımıza bu hərəkətdən sonra qırmızı göstərildi.
Qeyd edək ki, döşək rəhbəri Cənubi Afrika Respublikası, xalçada görüşü idarə edən ABŞ və yan hakim Qazaxstandandan idi.