- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Bakı”nın prezidenti Hafiz Məmmədovun Azərbaycanın dünyada tanıdılması işinə verdiyi töfhə tədricən öz bəhrəsini verməkdədir. Allsport.az xəbər verir ki, hazırda İspaniyada olan klub prezidenti burada bir sıra görüşlər keçirib.
Hafiz Məmmədov öncə “Atletiko”nun prezidenti Enriko Serezo ilə görüşüb. Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq deyib:
“Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq”.
Həmçinin “Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandasının sabiq baş məşqçisi Milinko Pantiçlə də görüşüb. Görüş zamanı Pantiç bildirb ki, “Bakı”da işləmək onun üçün böyük şərəf idi və hər zaman kluba öz köməyini göstərməyə hazırdır.