- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına ötən gün start verilib. Allsport.az xəbər verir ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərlik etdiyi ilk nəzəri məşğələ bir dəqiqəlik sükutla başlanıb.
Ədalət təmsilçiləri bir neçə gün öncə avtomobil qəzasında dünyasını dəyişən futzal üzrə FİFA referisi Xəlil Hüseynlinin xatirəsini anıblar. Məşğələ zamanı çıxış edən Məmmədov bildirib ki, Antalya toplanışı hakimlərin hazırlığı baxımından çox önəmlidir.