- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin “Nürgün” – “Sədərək” matçının hakimi döyülüb. Allsport.az xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində “Sədərək”in futbolçusu Elxan Abbasov hakimə qarşı fiziki təsir göstərdiyinə görə, AFFA İntizam Komitəsi tərəfindən 5 oyun cəzalandırılıb.
Daha bir oxşar hadisə U-10 Liqasının “Qarabağ” – “Əlincə” matçında baş verib. Bu oyunda “Əlincə”nin baş məşqçisi Elçin Əliyev meydana daxil olaraq hakimə fiziki təsir göstərib, daha sonra AFFA və Hakimlər Komitəsini təhqir edib. Bu səbəbdən o, 1 il futboldan kənarlaşdırılıb.
Futzal üzrə Azərbaycan birinciliyinin U-17 “Nizami İH” – “Baku Fire-4” matçının 34-cü dəqiqəsində “Nizami İH”nin futbolçusu Tural Sarıyev hakimi təhqir edib və 4 oyun cəza alıb.
Futzal üzrə Azərbaycan çempionatının “Araz” – “Fənər” matçında “Araz”ın, həmçinin milli komandamızın üzvü Rəcəb Fərəczadə və “Fənər”in oyunçusu Dimitri Komenko aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər ikisi 4 oyun cəzalandırılıb.