- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu mövsüm də Premyer liqa klubları qış hazırlığına Türkiyənin Antalya şəhərini məkan seviblər. Allsport.az saytı xəbər verir ki, güclulər dəstəsində çıxış edən 9 komandadan 3-ü artıq qonşu ölkədədir. Peşəkar Futbol Liqası ənənəvi olaraq KİV-in Antalyaya səfərini təşkil edir. Rəsmi media qurumlarını adəti üzrə «non qrata» (arzu olunmaz) edən PFL, bu siyahıya sportinfo.az saytını da əlavə edib. Belədə, adı son çəkilən portalda çalışan həmkarımız futbol təşkilatını kəskin tənqid edib. Həmin yazını sizə təqdib edirik:
«Bu, qurumun prezidenti Ramin Musayevin saytımıza qərəzli münasibətindən doğan haldır. Bildiyimizə görə, sabah qonşu ölkəyə aparılacaq mətbuat işçilərinin sayı kifayət qədərdir. Dəqiq sayı öyrənməyə nə marağımız, nə də həvəsimiz var. Görməsək də, eşidirik ki, qəzetdə və aktiv saytlarda çalışanlarla bərabər, adı olub, özü olmayan, günlərlə “yatan”, ancaq “yeyib-içən” saytların əməkdaşları da Musayevin eni-uzunu bilinməyən yolçu siyahısına daxildir.
Səfərə aparılmadığımız üçün umu-küsü eləmirik. Kimdən umu-küsü etməliyik – Ramin Musayevdənmi? Bir rəhbər ki məsul olduğu sahənin təbliğinə çalışmır, bundan artıq nə hörmətsizlik gözləyək özünə və bizə? Əleyhinə yazmışıq? Əleyhinə yazmamışıq, həqiqətləri yazmışıq və yazırıq! Yazmışıq, lap yaxşı eləmişik! Tərifləməliydik və tərifləməliyik? Xaraba qoyduğu çempionat bu deyil? Mal yiyəsinə oxşayar.
Mədəniyyətdə etiket deyilən bir norma. Sportinfo az qüvvə ilə fəaliyyət göstərməsinə baxmayaraq, daim yenilənir. Bütün gücümüzlə, varlığımızla gecə-gündüz çalışırıq, əziyyət çəkirik, işləyirik. Saytın işgüzarlığını kor da görür, kar da eşidir. Ramin Musayev özünü karlığa və korluğa vurursa, bu, artıq bizim problemimiz olmaqdan çıxır. Dəvət göndərərdi, qəbul edərdik, ya etməzdik, deməyə yenə sözü olardı. Görünür, bıçaq ət taxtasında qabiliyyətini də zədələyib.
Elxan Məmmədovla Mikayıl Nərimanoğludan təveqqədə bulunarıq. Çox demirik, qabiliyyətlərindən bir parça Ramin Musayevə hədiyyə edərdilər. AFFA-nın baş katibi və mətbuat xidmətinin rəisi haqda, məgər PFL prezidentindən azmı yazmışıq? Jest etməyə özlərində güc tapdılar. Yenə sağ olsunlar, diqqətlərinə görə! Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə ənənəvi beynəlxalq turniri işıqlandırmağa dəvətli media orqanlarından biri də Sportinfo.az idi.
İşimizin öhdəsindən gəlməyə çalışdıq. Hər halda, ötən 9 gün ərzində Piterdən verdiyimiz operativ repoptaj və müsahibələr, açıqlamalar göz qabağındadır. İstər say, istər keyfiyyət baxımından. AFFA-nın bu səfəri təşkil etməsi onlardan bir də tənqid yazmayacağımız mənasına gəlmir. Belə düşünürlərsə, səhvə yol verirlər. Sadəcə, diqqət göstərdilər. Diqqətə diqqətlə cavab verdik.
Ramin Musayevdə mədəniyyət anlayışının «a»sını görmədik, zatən görməmişdi. Sportinfo.az-a saymazyanalıq etməyinizə görə gətirib sökülmüş poqonlarınızı çiyinlərinizə taxmayacaqlar, bazarıniz isə həmişə belə gur olsun, ey qəssab!»