- Baxış sayı: 59
- 20 Mart 2026 17:53
- Baxış sayı: 254
- Mart 22, 2026
- 0

“Qarabağ”ı təbrik edirəm. Azlıqda qalsaq da, əlimizdən gələni etdik. Ancaq artıq oyun əldən getmişdi”. Allsport.az xəbər verir ki, bu sözləri İsveçrənin “Yanq Boyz” klubunun baş məşqçisi Harald Qamperle Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçından (0:3) sonra keçirdiyi mətbuat konfransında deyib.
O, qeyd edib ki, stadionun ot örtüyünün pis vəziyyətdə olmasını məğlubiyyətin səbəbi kimi göstərmək düzgün deyil: “Bunu müzakirə etmək lazım deyil. Çünki hər iki komanda eyni şərtlər altında oynadı”.