- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin xatirəsinə qadınlar arasında beynəlxalq həndbol turnirinə bu gün yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın qalibi “Azəryol”la Özbəkistan milli komandasının oyununda müəyyənləşib. Gözlənildiyi kimi maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada “yolçəkənlər”i favorit sayanlar yanılmayıblar.
Fasiləyə 2-topluq üstünlüklə yollanan həndbolçularımız, 2-ci hissədə də təşəbbüsü əldən verməyiblər. Özbəkistan millisinin bütün cəhdlərinə rəğmən üstünlüyü qoruyan meydan sahibələri inamlı qələbə qazanıblar – 32:29.
3-cü yer uğrunda görüş də Azərbaycan təmsilçisinin qələbəsi ilə nəticələnib. Qazaxıstanın “Astana” kollektivi ilə oyunda daha inamlı oyun nümayiş etdirən “Qarabağ” 32:28 hesablı qələbə ilə mükafatçılar sırasında yer alıb. Astana (Qazaxıstan), Kür və “Alatau Arulary” (Qazaxıstan) müvafiq olaraq sonrakı yerlərdə qərarlaşıb.
Yarış başa çatdıqdan sonra Azərbaycan həndbol federasiyasının baş katibi Yusif Atakişiyev, olimpiya çempionu Lüdmila Şubina və gənclər və idman nazirliyinin nümayəndəsi Erkan Sağdıçın iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Fərqlənən komandalara kubok, diplom və hədiyyələr, yarışın qalibi “Azəryol”a isə, həmçinin fəxri kubok təqdim olunub.