- Baxış sayı: 45
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Avqustun 30-dan sentyabrın 3-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə həndbol üzrə beynəlxalq turnir keçiriləcək.
Allsport.az xəbər verir ki, “AHF arena”da ənənəvi yarışda kişilərdən ibarət 6 komanda iştirak edəcək. OKMK (Özbəkistan), “Kür” (Azərbaycan) və “Astana” (Qazaxıstan) “A” qrupunda, Qazaxıstan millisi, “Bakı” (Azərbaycan) və “Qarabağ” (Azərbaycan) “B” qrupunda mübarizə aparacaq.
Ilk iki yeri tutan kollektivlər yarımfinal görüşlərində üz-üzə gələcəklər. Bu mərhələni adlayan komandalar isə finalda baş mükafatın sahibini müəyyənləşdirəcəklər.