- Baxış sayı: 74
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam həmrəyliyi oyunlarında qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib.
Beləliklə, H. Heydərov İslam həmrəyliyi oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Bu gün tatamiyə çıxan digər cüdoçumuz Könül Əliyeva (48 kiloqram) finalda türkiyəli Tuğça Bədərə uduzaraq gümüş medalla kifayətlənib.
Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə ediblər.
Azərbaycanı VI İslam həmrəyliyi oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.