- Baxış sayı: 74
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

Meksikanın Qvadalaxara şəhərində təşkil olunan qran pri turnirinin ikinci günündə milli komandamız aktivinə daha 3 medal yazdırıb.
Allsport.az xəbər verir ki, olimpiya çempionumuz Hidayət Heydərov (73 kq) və 81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə bütün görüşlərdə qələbə qazanaraq dünya cüdo turu sıralamasına daxil olan yarışda çempionluq sevinci yaşayıblar. Heydərov həlledici görüşdə çexiyalı Hüsniddin Kərimovu, Qələndərzadə isə finlandiyalı Eetu İhanamakini məğlub edib. Rəşid Məmmədəliyev (73 kq) isə beynəlxalq turnirin bürünc medalını boynundan asıb.
Daha əvvəl Qvadalaxara qran prisində Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) qızıl, Əhməd Yusifov (60 kq) isə bürünc mükafata sahib çıxıblar.
Hesabında 4 qızıl və 2 bürünc medal olan Azərbaycan ümumi komanda sıralamasında liderliyini qoruyub.