Niderlanddan 2 gümüş və 2 bürünc mükafatla

Milli komandanın kapitnı Şahin Atamov Almaniyanın Almere şəhərində “Lotto Dutch Open” Premyer Liqasının gümüş medalına sahib olub. Allsport.az xəbər verir ki, yanvarda Parisdə mövsümün ilk Premyer Liqa turnirini bürünc medalla başa vuran tanınmış karateçimiz 5 döyüşdən yalnız finalda +84 kq çəki dərəcəsinin dünyada favoritlərindən sayılan almaniyalı Conatan Horneyə 0:2 hesabı ilə uduzub.

Bir gün əvvəl Şəhrun Yusifova (-50 kq) ilə ilk gümüş medala, həmçinin Firdovsi Fərzəliyev (-60 kq) və Rafael Ağayevlə (-75 kq) bürünc medallara sahib olan komandamız Niderland Premeyer Liqasını 11-ci yerdə başa vurub. Dünya Karate Federasiyasının (WKF) Premyer Liqalar seriyasından bu turnirə 51 ölkədən 613 idmançı iştirak edib. Onlardan 29 ölkə medalçılar arasına düşə bilib.

Yarışı idarə edən hakimlər arasında yüksək nüfuza malik olan beynəlxalq dərəcəli referilərimiz Şahin Xudaverdiyevlə Rənad Əliyev turnirin final görüşlərinə də təyinat alıblar. Yarışa yola düşən heyət fevralın 17-də vətənə dönəcək. Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi, böyük məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə qarşıdakı hazırlıq məşqləri martın ortalarında İstanbulda 50-ci Avropa çempionatına yönələcək.

Şahin Atamov
1. Marvin Mauer (Almaniya) – 7:3
2. Velimir Yenkiç (Serbiya) – 5:1
3. Yaser Şahintekin (Türkiyə) – 5:2

Yarımfinal
Martun Nesterovski (Makedoniya) – 1:0

Final
Conatan Horne (Almaniya) – 0:2

Həmin kateqoriyadan