- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Herseqovina yığmasına çağırılıb. Allsport.az xəbər verir ki, 26 yaşlı qolkiper klub saytına milliyə dəvət alması haqqında danışıb:
“Təbii ki, milliyə dəvət almaq xoş bir duyğudur. Hər bir futbolçu ölkəsinin yığma komandasında çıxış etmək istəyər. Yenidən milli komandadakı dostlarımla eyni ab-havanı paylaşacağım üçün çox xoşbəxtəm. Təbii ki, milliyə çağırılmağımda “Qarabağ”ın uğurlu çıxışının az rolu olmayıb. Komandamızda millilərə dəvət alan futbolçuların çoxalması bunun göstəricisidir.
“Qarabağ” həyatımda yeni səhifə açdı. Ötən il çempion olduq, Avropa Liqası ilə şanssız şəkildə vidalaşdıq. “Qarabağ”la hələ 3 illik müqaviləm var. İnanıram ki, “Qarabağ”da nə qədər çox uğur qazansam milliyə də yolum açıq olacaq”.