İbrahim Uzunca: “Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk”

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 1:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Qarabağ”a qarşı keçirilən oyunda əlimizdən gələni etdik. Qollar çox erkən vuruldu. Təşvişə düşüb, iki qol buraxdıq. Çox təcrübəli komandaya qarşı oynayırdıq. “Qarabağ”ı təbrik edirəm. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Heyətimiz çox gəncdir. Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk”.

Həmin kateqoriyadan