- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Gərgin oyun oldu. Qolu erkən vurduq. Bundan sonra rəqib “Sumqayıt” daha çox hücum etdi. Amma biz ikinci qolu vurmalı olduğumuz bir vaxtda rəqib hesabı bərabərləşdirdi. Səhvimizdən sonra qapımızda qol gördük. Bütün bunlara baxmayaraq, mən komandamın sərgilədiyi oyundan və qazanılan 1 xaldan razıyam”.