- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün Park İnn otelində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunsun. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilsin. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər.
Maaş limitinə riayət etməyən klublara aşağıdakı cəzalar tətbiq olunacaq:
Klubun aktivindən xalların silinməsi
Maliyyə sanksiya
Futbolçunun diskvalifikasiyası
2. 2015/2016-cı il mövsümündə Topaz Premyer Liqası klublarının sayı 10 klub olaraq müəyyənləşdirilsin. Cari mövsümdə Topaz Premyer Liqasında sonuncu pilləni tutmuş komanda çıxışını Birinci Divizionda davam etdirsin. Birinci Diviziondan Topaz Premyer Liqasına AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələn və Birinci Divizionda müvafiq yerləri tutan 2 klub yüksəlsin.
3. 2015/2016-cı il mövsümündə ölkə çempionatının oyunlarının yayımı ilə əlaqədar AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçirilsin.
4. Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunaraq keçirilməsi və bundan irəli gələn məsələlərin həlli AFFA-nın Məşqçilər Komitəsi və Peşəkar Futbol Liqasına tapşırılsın.