“İdman akademiyası”nın həndbolçusu: Jurnalist təhsili alıram, gələcəkdə idman mediasına keçəcəm

“Hamı kimi, karantində mən də evdəyəm. Amma bu o demək deyil ki, məşq etmirəm. Özüm üçün müəyyən təmrinləri edirəm, işləyirəm və dərs oxuyuram. Komandamızın baş məşqçi Əlibala Məmmədov və 2-ci məşqçi Yelena Namalıyeva daim telefon əlaqəsi saxlayırlar”.

Bunu allsport.az saytına açıqlamasında “İdman akademiyası”nın həndbolçusu Günel Abdullayeva deyib. Mərkəz, yarımorta mövqeyində çıxış edən 17 yaşlı oyunçunun sözünə görə, karantindən sonra böyük planları var:

“Bakı dövlət universitetinin jurnalistika fakültəsində təhsil alıram. Hazırda saytların birində texnikadan yazıram. Jurnala da yazılar verirəm. Arada ruscadan azərbaycancaya tərcümə də edirəm. Hələ ki təcrübə toplayıram. Lakin yaxın gələcəkdə özümü idman mediasında sınayacağam.

Karantindən sonra həndbol növündə olimpiya çempionlarımızdan video müsahibə alacağam. Hətta indidən sualları da hazırlamışam. İstəyim, televiziya reportyoru olmaqdır. Universitetdə studiyamız var. Orda bizə öyrədirlər. Top-komanda növlərinə marağım çoxdur”.

Həmin kateqoriyadan