«İdman Azərbaycan»la CBC arasında soyuq müharibə başladı!

Dövlət kanalı dünəndən 24 saatlıq yayıma star verib

«İdman Azərbaycan» 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradıldı. Telekanal fəaliyyətə başlayandan qısa zaman sonra geniş tamaşaçı kütləsi yığdı. Çünki buna qədər ölkə sırf idman verilişləri yayımlayan TV yox idi. Azarkeşlərə isə, ictimayi-siyasi kanallarda göstərilən idman proqramları qane etmirdi.

«İdman Azərbaycan» bu günə kimi Azərbaycan milli futbol komandası, Premyer Liqa, Azərbaycan kuboku, İngiltərə Premyer Liqası, La Liqa, İspaniya Kral kuboku, İtaliya «A» Seriyası, Bundesliqa, Ukrayna Premyer Liqası, Çempionlar Liqası və Avropa Liqasının seçmə və əsas mərhələləri, UEFA Superkuboku, Avropa kuboku, FİFA Dünya Kuboku, olimpiya oyunları və 2015-ci il birinci Avropa Oyunlarının oyunlarını yayımlayıb.

Bundan başqa, kanal öz tamaşaçılarına voleybol, güləş, cüdo, boks, atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradıb.

Allsport.az saytı xəbər verir ki, 6 il şəriksiz fəaliyyət göstərən «İdman Azərbaycan»a bu yaxınlarda rəqib çıxdı. Bu, telekanalı oldu. Yeni telekanal «CBC-Sport» açılar-açılmaz PFL ilə müqavilə bağlayaraq, cari mövsümdən ölkə çempionatının yaym hüququna yiyələndi. SOCAR ilə bağlılığı olduğu deyilən «CBC-Sport» TV məkanına təzə effekt gətirdi: futbol matçları çox saylı kameralarda görüntüləndi, çəkilişin səviyyəsi yüksəldi. Belə olan halda, «İdman Azərbaycan» boş dayana bilməzdi. Bu telekanal dünəndən 24 saatlıq iş rejiminə keçərək, barəsində gəzən «bağlanır» söz-söhbətinə son qoyub.

Həmin kateqoriyadan