- Baxış sayı: 42
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.
Allsport.az saytı xəbər verir ki, açılışda AzDBTİA rektoru Fuad Hacıyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, parlamentin gənclər və idman komitəsinin üzvü Ülvi Quliyev çıxış ediblər, tədbirin ölkəmizdə təşkilinin əhəmiyyətli olduğunu deyiblər.
Mühüm əhəmiyyət kəsb edən konfransda Milli antidopinq agentliyinin icraçı direktoru Təhminə Tağızadə və təşkilatın əməkdaşları da iştirak ediblər.
Konfransa respublikamızın bədən tərbiyəsi və idman sahəsindəki mütəxəssisləri ilə yanaşı, digər xarici ölkələrin ali məktəblərinin AzDBTİA-nın tədris prosesinə cəlb edilmiş professor heyəti də qatılıb.
Konfransda idman psixologiyası, tibbi, menecmenti və hüququ kimi istiqamətlər üzrə aktual mövzularda məruzələr olunub, idman elminin müxtəlif sahələrini əhatə edən praktiki təqdimatlar edilib.