- Baxış sayı: 102
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 37
- Noyabr 25, 2024
- 0
Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyalar aidiyyəti beynəlxalq təşkilatlara və idman qurumlarına Ermənistan tərəfinin ölkəmizə qarşı törətdiyi təcavüz aktını, son aylarda düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qarşı tərəfin silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini özündə əks etdirən bəyanat ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, ümumilikdə 90 təşkilatın imzası ilə hazırlanan bəyanat 12 minə yaxın təşkilata göndərilib:
“Biz 90 təşkilat adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunanadək, işğalçı Ermənistan silahlı qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız doğma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığımız haqq mübarizəsində sona qədər dövlətimizin yanındayıq!”
Bununla yanaşı, ordumuzun yanında olan, hər an döyüşə hazır olduğunu bildirən Azərbaycan idman ictimaiyyətinin adından orduya geyim, tibbi ləvazimatların olduğu 100-ə yaxın sovqat da göndərilib.