- Baxış sayı: 97
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İyulun 11-də gənclər və idman naziri Fərid Qayıbov regional gənclər və idman idarələrinin rəisləri, olimpiya idman komplekslərinin, gənclər evlərinin direktorları, uşaq-gənclər idman məktəbləri (UGİM) və digər tabe təşkilatların rəhbərləri ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, o, tədbiri giriş sözü ilə açıb, Azərbaycan prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan əməkdaşlar Yaşar Rzayev, Anar Muxtarov, Samir Kərimov, Rövşən Mehraliyevə medalları təqdim edib və onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə idarələrin, dispanserlərin, UGİM-lərin və digər təşkilatların rəhbərlərini narahat edən məsələləri dinləyən nazir Fərid Qayıbov idman bölmələrinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verib. Qazanılan uğurlarda rolu olan hər kəsə təşəkkür edən nazir bundan sonra görüləcək işlərin daha da səmərəli olması üçün daha aktiv fəaliyyətin vacibliyini vurğulayıb.