İdman jurnalistləri birliyindən yeni layihə

AİJ İB idman jurnalistləri arasında təlim və kursların tədris edilməsi ilə bağlı müsabiqə elan edir. Allsport.az saytı xəbər verir ki, müsabiqədə proqramlar üzrə təlimçilər ödəniş qarşılığında biliklərini və təcrübələrini bölüşmək üçün kurslara və təlimlərə dəvət olunacaqlar.

Şərtlər:
Tədris etmək istəyən təcrübəli idman jurnalistləri hazırladığı proqramı, mövzunu qeyd etməklə, öz CV-si ilə birgə təşkilatın mail ünvanına göndərməlidirlər.
Proqramlar maraqlı, sadə dildə, video, foto, slayd vasitəsi ilə tərtib olunmalıdır.
Hər proqram kursunun müddəti 3 saatdan aşağı olmamalıdır(bir dərs 1 saat). Maksimal tədris 5 saata bərabərdir.
Kursları tədris etmək istəyən jurnalistlərin bu sahədə ən azı 5 il rəsmi iş təcrübəsi olmalıdır.

Müsabiqəyə daxil olan mövzular:
İdman jurnalisti peşəsi
İdman televiziyası
Radio idman jurnalistikası
İdman şərhçisi
Sayt və qəzetdə idman jurnalistikası
İdman xəbərlərinin hazırlanması
Foto idman jurnalistikası
İdman yarışlarında qeydiyyat, iş prinsipləri, müsahibələrin alınması və turnirlərin işıqlandırılması.

Email ünvanı: azesportsmedia@gmail.com
Qeyd: İdman jurnalisti olmaq istəyən gənclər üçün ayrıca elan veriləcək. Kurslar ödənişli olacaq. Fərqlənənlər ödənişsiz praktika qazanacaqlar. Eyni zamanda onların adları AİJ İB-nin CV bazasına ötürüləcək və vakansiyalar olduqda işə yönləndiriləcəklər.

Həmin kateqoriyadan