İdman nazirliyində böhran davam edir. Fərid Qayıbovun müşaviri hansı səbəbə işdən qovuldu?

Gənclər və idman nazirliyində (GİN) böhran davam edir. Allsport.az saytının əldə etdiyi məlumata görə, nazir Fərid Qayıbovun müşaviri Fidan Rüstəmli işdən azad olunub. O, GİN-in yeni qərəzli rəhbərliyinin kadrıdır. Öncə aparatın rəhbəri, daha əvvəl gənclərlə iş şöbəsinin baş məsləhətçisi kimi mühüm vəzifələr tutsa da, oralardan da xaric edilib. Yayılan xəbərə görə, onu maliyyə pozuntusu səbəbindən birdəfəlik nazirlikdən uzaqlaşdırıblar.

GİN-in iqtisadiyyat şöbəsinin müdiri Mehman Ramazanov ilə Fidan Rüstəmlinin arası yaxşı olub. O da növbəti “qurban” siyahısındadır. Hər ikisi nazir müavini Mariana Vasilyevaya qarşı birləşmişdi. Bolqar məmur regionlarla iş və kadrlar şöbəsinin müdiri Gülgəz Tağıyeva ilə əlbir olub, ilk öncə federasiyaların qənimini “zərərsizləşdiriblər”. Daha sonra növbə idman şöbəsinin müdiri Elnur Məmmədova çatacaq.

Əlavə edək ki, sözü gedən azərbaycanlı qadın 31 federasiyanın statusunun dayandırılmasında rol alan əsas simadır. Bu hüquqşünasın əli ilə yüzlərlə idman adamı işsiz qalıb. Amma sonradan oyuna salınıb və istifadə olunub.

Həmin kateqoriyadan