- Baxış sayı: 51
- 19 Noyabr 2024 17:17
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Nazirlər kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Allsport.az saytının məlumatına görə, bununla bağlı baş nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb. Müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir. Bərpasına icazə verilməyən siyahıda idman sahəsi də var. Bu qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.
– bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması;
– muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.