- Baxış sayı: 70
- 30 Sentyabr 2024 11:57
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə məşqçi, tibb personalı və idmançılar üçün “İdman və ekologiya” mövzusunda seminar olub. Allsport.az saytı xəbər verir ki, (ASAPES) 60-dək iştirakçının qatıldığı məşğələdə, əvvəlcə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşı Solmaz Bayramova, AMEA rəyasət heyəti aparatının xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Milli idman tibbi və reabilitasiya elmi-praktiki institutunun müalicə üzrə sədr müavini, ATU-nun dosenti Rəhimə Qabulova, Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktorunun müavini Rüfət Əfəndiyev, Kanadanın Kalqari Universitetinin müəllimi, “E2E Energy Solutions” şirkətində davamlılıq üzrə baş məmur Sabina İsgəndərova çıxış ediblər.
Gənclər və idman nazirliyi və Milli idman tibbi və reabilitasiya elmi-praktiki institutunun təşkilatçılığı ilə keçirilən tədbir məşqçilərin, idmançıların, tibb personalının bilik və bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər mövzuları əhatə edib.