Azərbaycanlı həkim təyyarədə azyaşlı belaruslunun həyatını xilas edib

2-ci MDB oyunları üçün Minskə yola düşən muaytay üzrə Azərbaycan millisinin həkimi Dilbər Səfərova “Belaviya” hava gəmisində halı pisləşən balaca belarusluya ilkin tibbi yardım göstərərək həyatını xilas edib.

Allsport.az saytı xəbər verir ki, sərnişinlər arasında yeganə doktor olan həmyerlimiz uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıcolmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim, hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.

Azərbaycanlı həkim həyatı göstərişlə bağlı məcburi eniş edən təyyarədən uşağı endirərək onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verdikdən sonra təyyarəyə, komandasının yanına qayıdıb.

Həmin kateqoriyadan