“Sabah” və “Vətən” futbol məktəblərinə ilk tibbi yardımla bağlı təlim

“Sabah” və “Vətən” futbol məktəblərinin məşqçi və müəllim heyətinə ilk tibbi yardımla bağlı təlim keçirilib. Allsport.az saytı xəbər verir ki, məqsəd, baş vermiş xoşagəlməz hadisələr zamanı psixoloji vəziyyətin tənzimlənməsi, davranış qaydaları, ilk tibbi yardım hazırlığı ilə bağlı məşqçi və müəllimləri maarifləndirmək olub.

“Sağlam Ailə” tibb mərkəzinin həkim-terapevti Etibar Süleymanov tərəfindən keçirilən seminarda aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani və praktiki məlumatlar verilib, məşqçi və müəllim heyətinin sualları cavablandırılıb.

Həmin kateqoriyadan