“İdman psixologiyası” mövzusunda seminar

6-8 martda Bakıda məşqçilər üçün “İdman psixologiyası” mövzusunda seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, dünyaca məşhur idman psixoloqu, professor Matej Tuşakın iştirakı ilə keçirilən seminara 70-dən çox məşqçi cəlb olunub.

Gənclər və idman nazirliyi, Azərbaycan bədən tərbiyəsi və idman akademiyası, Milli idman tibb və reabilitasiya elmi-praktiki institutunun birgə təşkilatçılığı ilə baş tutan təlim məşqçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər mövzuları əhatə edib.

Sonda təlim proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan