Zədəlilərin son durumu nə yerdədir?

“Neftçi”nin zədəli futbolçuları Ömər Buludov, Azər ƏliyevEddi İsrafilovun son durumları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu barədə komandanın baş hakimi Şaiq Zöhrablı açıqlama verib:

“Ömər Buludovun ölkə çempionatında “Kəpəz”ə qarşı matçda budun arxa qrup əzələlərində 2-ci dərəcəli dartılma olub. Hazırda müalicələr davam edir. 1-ci gündən yüngül hərəkətlərə başlanılması planlaşdırılır. Digər futbolçumuz Azər Əliyevin oyun zamanı mil sümüyündə çıxıq olduğu aşkarlanmışdı.

Sonradan müalicələr davam etdirilirdi. Gips sarğısı fiksasiya olundu. Hal-hazırda fiksasiyadan azad edilib. Komanda ilə yüngül hərəkətlərə başlayıb. Demək olar ki, məşqin müəyyən bir hissəsində iştirak edir. Eddi İsrafilovun diz oynağındakı vəziyyətlə əlaqədar müalicələr fonunda məşqlərə qoşulur.

Yenə də nəzarəti bizdədir. Amma ağrılar imkan verməsə və ya təkrarlansa, əməliyyat planlaşdırıla bilər”.

Həmin kateqoriyadan