İdman veteranları İB-nin hesabatı

Dekabrın 24-də Azərbaycan idman akademiyasının akt zalında Azərbaycan idman veteranları ictimai birliyinin 2025-ci il üzrə yekun hesabat tədbiri keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan idman veteranları ictimai birliyinin sədri, olimpiya çempionu Zemfira Meftəhəddinova , Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyev, millət vəkili Könül Nurullayeva, MOK-un icraiyyə komitəsinin üzvləri, olimpiya çempionları, idman veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, idman veteranları Azərbaycan idmanının formalaşmasında və inkişafında mühüm rol oynayır, onların zəngin təcrübəsinin gənc nəslə ötürülməsi isə dövlətin idman siyasətinin əsas prioritetlərindəndir. Qeyd olunub ki, Azərbaycan idman veteranları ictimai birliyi son dövrdə fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib və qarşıdakı illərdə daha böyük layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub.

Tədbirin sonunda il ərzində fərqlənən federasiyalara və idman veteranlarına təşəkkürnamə və fəxri fərmanlar təqdim olunub.

Həmin kateqoriyadan