İdmançılar komissiyasının ilk toplantısı

Martın 18-də Milli olimpiya komitəsinin İdmançılar komissiyasının bu il üçün ilk iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, gündəkdə duran əsas məsələlər ötən dövr ərzində həyata keçirilmiş layihələrin hesabatı və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Görüşdə həmçinin komissiya üzvləri öz təkliflərini irəli sürüblər. İdmançılar komissiyasının əsas məqsədi idmançıların maraqlarını qorumaq, onların hüquqlarını müdafiə etmək və idmançılarla Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynamaqdır.

2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rasul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərirlər.

Həmin kateqoriyadan