İdmançıların reytinqi açıqlandı

Gənclər və idman nazirliyi Azərbaycan idmançılarının sentyabrın 1-nə olan reytinq cədvəlini təqdim edib. Allsport.az xəbər verir ki, birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) 2-ci, digər cüdoçu Elcan Hacıyev (310 xal) 3-cü olub.

Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi Kokauri (190 xal), bədii gimnasitka üzrə qrup hərəkətləri komandası (185), güllə atıcısı Ruslan Lunyov (170), idman gimnastı Nikita Simonov (165 xal), yunan-Roma güləşçisi Qurban Qurbanov (160 xal), yunan-Roma güləşçiləri Həsrət Cədərov və Nihat Məmmədli, sərbəst güləşçi Giorgi Meşvildişvili (hamısı 150 xal) yer alıblar.

Həmin kateqoriyadan