- Baxış sayı: 42
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Oktyabrın 25-26-da YUNESKO-nun mənzil-qərargahında İdmanda dopinqə qarşı beynəlxalq konvensiyaya tərəf ölkələrin 9-cu konfransı keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycanı gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Yığıncağın gündəliyinə əsasən, bu gün konvensiyanın bürosuna seçkilər keçirilib və həmyerlimiz sədr müavini seçilib.
Konfransda həmçinin, cari ilin iyun ayında ölkəmizin Bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransına ev sahibliyi etməsi, YUNESKO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirilib.